SON XƏBƏRLƏR

Əfqanıstanın küçmiş generalı əfqanları Tehranı tərk etməyə səsləyib.

2025.06.17, 11:11
Əfqanıstanın küçmiş generalı əfqanları Tehranı tərk etməyə səsləyib.

Əfqanıstan ordusunun keçmiş yüksək rütbəli komandiri Sami Sadat yaxın günlərdə Tehranda “çox ağır silahların” istifadə oluna biləcəyi barədə xəbərdarlıq edib və əfqan miqrantları şəhəri tərk etməyə çağırıb.

Gunaz.tv

O, bu barədə özünün sosialmedia hesabında paylaşım edib.

Sadat davam edən İsrail-İran münaqişəsinin yüksək mülki itkilərlə nəticələnə biləcəyinə dair məlumatlara istinad edərək, İrandakı Əfqanıstan vətəndaşlarına bir yerə toplaşmaqdan çəkinməyi və hökumət obyektlərindən uzaq durmağı tövsiyə edib.

"İrandakı bütün əfqanlara: səyahətlərdən çəkinin, izdihamdan qaçın və böyük şəhərlərdən, xüsusən də Tehrandan çıxın." - deyə paylaşımda qeyd edilib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar