SON XƏBƏRLƏR

Papuaşvili: Qafqazda sülh və sabitliyin təşviq edilməsi ilə bağlı Türkiyə ilə ortaq baxışımız var

2025.06.17, 15:37
Papuaşvili: Qafqazda sülh və sabitliyin təşviq edilməsi ilə bağlı Türkiyə ilə ortaq baxışımız var

Qafqazda sülh və sabitliyin təşviq edilməsi ilə bağlı Türkiyə ilə ortaq baxışımız var.

Gunaz.tv

Bunu Ankarada səfərdə olan Gürcüstanın parlament sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla birgə mətbuat konfransında deyib.

O, görüşdə “Orta dəhliz”in artan geosiyasi dəyərinin vurğulandığını qeyd edib.

Əlavə edib ki, bu dəhliz Avropa və Asiya arasında iqtisadi əlaqələri gücləndirir, regional əməkdaşlığı, enerji təhlükəsizliyini, rəqəmsal əlaqələri dərinləşdirir. Papuaşvili Orta dəhlizin dayanıqlı inkişafı təmin edən önəmli bir simvol olduğunu və Türkiyənin bu layihənin reallaşdırılmasında önəmli tərəfdaş ölkə olduğunu vurğulayıb.

Papuaşvili görüşdə Türkiyə və Gürcüstan arasında iqtisadi, enerji, parlamentlərarası əməkdaşlıq da daxil olmaqla bir sıra istiqamətlərdə əlaqələrin inkişaf perspektivlərinin müzakirə edilyiyini qeyd edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar