SON XƏBƏRLƏR

İran ilə İsrail arasındakı qarşıdurma hər iki tərəfdə raket qıtlığına səbəb olur

2025.06.18, 11:18
İran ilə İsrail arasındakı qarşıdurma hər iki tərəfdə raket qıtlığına səbəb olur

İran ilə İsrail arasındakı qarşıdurma hər iki tərəfdə raket qıtlığına səbəb olur.

Gunaz.tv

“Wall Street Journal”da verilən xəbərə görə, İsrailin "Arrow" anti-ballistik raket sistemlərində azalmalar müşahidə edilir. Bu hal İranda atılan uzunmənzilli ballistik raketlərə qarşı durmaq qabiliyyətinə dair yeni narahatlıqlar yaradır.

Xəbərdə yüksək rütbəli Amerika rəsmisinə istinadla bildirilib ki, Vaşinqton bir neçə aydır məsələdən xəbərdardır və İsrailin hava hücumundan müdafiəsini gücləndirmək, quruda, dənizdə və havada sistemlər yerləşdirmək üçün işə başlayıb.

Qeyd edək ki, "Arrow" sistemləri İrandan atılanlar da daxil olmaqla yüksək hündürlüklü ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulmuş İsrailin çoxşaxəli müdafiə qalxanının mühüm hissəsidir.

Xatırladaq ki, raket və dron sayındakı azalmalar İran tərəfində də ciddi şəkildə özünü göstərir. Əgər İran İsrailə endirdiyi ilk zərbələrdə yüzlərlə raket və ya drondan istifadə edirdisə indi bu rəqəmlər artıq 10-15-ə qədər azalıb.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar