SON XƏBƏRLƏR

İsrail XİN: İranın İsraili məhv etmək planı var

2025.06.18, 12:52
İsrail XİN: İranın İsraili məhv etmək planı var

İranın İsraili məhv etmək üçün “strateji planı” var və İsrail özünü müdafiə etməkdə qərarlıdır.

Gunaz.tv

Bunu İsrailin xarici işlər naziri Gideon Saar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bildirib.

"İranın İsraili məhv etmək üçün strateji planı var. İsrail məhv olmaq təhlükəsini qəbul edə bilməz və etməyəcək!" - Sa'ar məktubun surətini paylaşarkən X platformasında yazdı.

O, məktubunda yazır ki, İsrailin İrana hücumu "İranın nüvə silahı proqramında kritik inkişafdan sonra başlayıb və həmçinin İranın İsrailə qarşı əlavə raket və proksi hücumlarının qaçılmaz təhlükəsinin qarşısını almaq məqsədi daşıyır".

Məktubda deyilir ki, hücum qərarı “son çarə kimi” qəbul edilib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar