SON XƏBƏRLƏR

Amerika niyə öz hava tankerlərini Ön Asiyaya göndərir?

2025.06.18, 13:08
Amerika niyə öz hava tankerlərini Ön Asiyaya göndərir?

İki Amerika rəsmisinin sözlərinə görə, son bir neçə gündə 30-dan çox Amerika hərbi hava yanacaq doldurma tankeri Ön Asiyaya göndərilib.

Gunaz.tv

Prezident Donald Tramp Amerikanın İsrail-İran münaqişəsinə cəlb edilməsi barədə göstəriş verərsə, bu tankerlər havada yanacaq doldurma qabiliyyəti ilə İsrail qırıcı təyyarələrinin missiyalarını dəstəkləmək üçün istifadə oluna bilər.

İsrail təyyarələrinin belə bir imkanı olmasa onların İrandakı hədəflərə zərbə endirib qayıtmaq üçün çox az zamanı olur. İsrailin bir neçə  hərbi hava yanacaq doldurma tankeri olsa da bu az sayda tanker yüzlərlə İsrail təyyarəsini dəstəkləyə bilmir. Ona görə, Amerikanın göndərdiyi tankerlər İsrail təyyarələri dəstəkləyə bilər.

Əgər Tramp İranın nüvə obyektlərinə hücum etmək üçün hərəkətə keçməyi əmr edərsə, tankerlər Amerika Hərbi Hava Qüvvələrinin B-2 bombardmançılarına da dəstək verə bilər.

Hava tankerləri istifadə edilməyə başlanarsa onlar təkcə B-2 və B-52 bombardmançılarına deyil, həm də bölgədəki bazalarında və Hind okeanındakı təyyarə daşıyıcılarında olan digər Amerika hərbi təyyarələrinə də dəstək verə bilər.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar