SON XƏBƏRLƏR

BAEA: İranda sentrifuqa istehsal edən iki müəssisə zədələnib

2025.06.18, 13:41
BAEA: İranda sentrifuqa istehsal edən iki müəssisə zədələnib

İranın iki sentrifuqa istehsalı sahəsi son zərbələr nəticəsində vurulub.

Gunaz.tv

BAEA-nın məlumatına görə, müəssisələr Tehran Təhqiqat Mərkəzi və TESA Kərəc emalatxanasıdır.

"Kərəcdə müxtəlif sentrifuqa komponentlərinin istehsal olunduğu iki bina dağıdılıb. Tehranda qabaqcıl sentrifuqa rotorlarının istehsal edildiyi və sınaqdan keçirildiyi bir bina vurulub." - agentlik bildirib.

Bildirilir ki, hər iki obyekt agentliyin nəzarətində olub.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami buna cavab olaraq ziyanın ölçüsünü kiçik göstərmək üçün, “Nüvə obyektlərinin vəziyyəti yaxşıdır... nüvə obyektlərindəki həmkarlarımızın əhval-ruhiyyəsi əladır və onlar öz işlərini qətiyyətlə davam etdirirlər” deyib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar