SON XƏBƏRLƏR

Ərdoğan İsrail-İran qarşıdurması fonunda Türkiyənin hər cür ssenariyə hazır olduğunu bildirib

2025.06.18, 14:03
Ərdoğan İsrail-İran qarşıdurması fonunda Türkiyənin hər cür ssenariyə hazır olduğunu bildirib

Ərdoğan İsrail-İran qarşıdurması fonunda Türkiyənin hər cür ssenariyə hazır olduğunu bildirib

Gunaz.tv

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bu hücumların Türkiyəyə mümkün təsirləri ilə bağlı bütün qurumlarımız ayıq-sayıq vəziyyətdədir. Hər cür ssenariyə hazırlaşmışıq. Bunu hamı bilməlidir: biz ərzaq dükanı işlətmirik. Dünyanın ən böyük ölkələrindən biri olan Türkiyə Respublikasını idarə edirik”, - Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə zorakılığın və zülmün tərəfində deyil, həqiqətin, ədalətin, dialoqun və diplomatiyanın tərəfindədir: “Bu anlayışla biz iyunun 13-dən bəri intensiv diplomatik səylər göstəririk. Cənab Tramp və cənab Pezeşkianla iki dəfə telefon danışığı aparmışıq. Bütün qardaş ölkələrin rəhbərləri ilə oxşar telefon danışıqlarımız olub. Biz bu məsələni cənab Putinlə də dəyərləndirmişik. Digər dostlarımız da həmkarları ilə daim əlaqə saxlayırlar. Silahları susdurmaq üçün lazım olan hər şeyi edirik”.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar