SON XƏBƏRLƏR

Çin İrana müəmmalı yük təyyarəsi göndərib

2025.06.18, 14:27
Çin İrana müəmmalı yük təyyarəsi göndərib

İsrailin İrana qarşı əməliyyata başlamasından sonra Çin İrana doğru azı 3 yük təyyarəsi göndərib və bu təyyarələr İrana yaxınlaşdıqca radarlardan itib.

Gunaz.tv

Birinci hava gəmisi Çin Xalq Respublikasından 14 iyun tarixində havaya qalxıb, üçüncü isə 16 iyunda Şanxaydan uçub. Onlar Şimali Çin boyunca qərbə doğru hərəkət edib, Qazaxıstanı keçərək daha sonra cənuba — Özbəkistan və Türkmənistana yönəliblər. Təyyarələr İrana yaxınlaşdıqca radarlardan itib. Uçuş planında marşrutun son nöqtəsi Lüksemburq göstərilib. Lakin, bu təyyarələr Avropa hava məkanına yaxınlaşmayıb.

Uçuşlar Boeing 747 yük təyyarələri ilə həyata keçirilib. Aviasiya mütəxəssislərinin bildirdiyinə görə, bu təyyarələr adətən hərbi texnika və silah daşınması üçün istifadə olunur.

İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda Çin və Yaxın Şərq üzrə mütəxəssis Tuvia Gering ehtimal edir ki, Pekin Tehrana hərbi təyinatlı materiallar göndərə bilər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar