SON XƏBƏRLƏR

Putin: Rusiya ilə Azərbaycan arasında logistika sahəsində əməkdaşlıq inkişaf edir

2025.06.19, 10:59
Putin: Rusiya ilə Azərbaycan arasında logistika sahəsində əməkdaşlıq inkişaf edir

Rusiya və Azərbaycan logistika və istehsal sahəsi, xüsusən gəmiqayırma sahəsində birgə layihələr hazırlayır.

Gunaz.tv

Günaz TV report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

"Bizim yaxşı layihələrimiz var; "Şimal - Cənub" beynəlxalq nəqliyyat dəhlizi və logistika. Yeri gəlmişkən, istehsal sahəsində, o cümlədən gəmiqayırma sahəsində bir sıra digər yaxşı sahələr. Biz Bakı Gəmiqayırma Zavoduna sifarişlərimizi artırmağa hazırıq", - o deyib.

Putin qeyd edib ki, Azərbaycanla birgə layihələr yaxşı məzmunludur. "Yaxşı perspektivləri olan çoxlu layihələr var. Ümid edirəm ki, biz hər şeyi həyata keçirəcəyik. Ümumilikdə, Azərbaycandan danışsaq, ötən il ticarət dövriyyəmiz 7 % artıb. Hesab edirəm ki, bu, yaxşı göstəricidir", - o vurğulayıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar