SON XƏBƏRLƏR

Yaponiya, Çin və İndoneziya İsrail və İrandan öz vətəndaşlarını təxliyə etməyə hazırlaşır

2025.06.19, 11:10
Yaponiya, Çin və İndoneziya İsrail və İrandan öz vətəndaşlarını təxliyə etməyə hazırlaşır

Yaponiya, Çin və İndoneziya İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar öz vətəndaşlarını təxliyə etməyə hazırlaşdıqlarını bildirib.

Gunaz.tv

Bu barədə “The Times of Israel” nəşri yazıb.

Yaponiya İrandan vətəndaşlarının mümkün təxliyəsindən qabaq Cibutiyə iki hərbi təyyarə göndərdiyini bildirir. Müdafiə naziri general Nakatani Yaponiya hərbi bazasının yerləşdiyi Afrika Buynuzu ölkəsinə 120 hərbçi ilə birlikdə iki “C-2” təyyarəsi göndərmək əmrini verdiyini deyib. İranda təxminən 280, İsraildə isə 1000 Yaponiya vətəndaşı var.

Çinin İsraildəki səfirliyi cümə günündən etibarən İsraildən avtobuslarla qrup təxliyəsi təşkil edəcəyini bildirib.

İndoneziya hökuməti isə vətəndaşlarını İrandan təxliyə edəcəyini bildirir. Xarici İşlər Nazirliyinin məlumatına görə, İranda, əsasən Qum şəhərində təxminən 386 indoneziyalı var və onların əksəriyyəti tələbələrdir. İsraildə olan 194-ə yaxın indoneziyalının bir çoxu isə Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərindədir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar