SON XƏBƏRLƏR

Amerika bəzi hərbi texnikalarını Yaxın Şərqdən çıxarır

2025.06.19, 11:44
Amerika bəzi hərbi texnikalarını Yaxın Şərqdən çıxarır

Reuters xəbər verir ki, Birləşmiş Ştatlar İranın potensial hücumlarına qarşı "həssas" ola biləcək bəzi təyyarə və gəmilərini Yaxın Şərqdən geri çəkib.

Gunaz.tv

Cümə axşamı səhər xəbər agentliyi, adının açıqlanmasını istəməyən iki Amerika rəsmisinə istinadən bu addımın Amerikaın öz qüvvələrini qorumaq planının bir hissəsi olduğunu bildirib. Rəsmilər geri çəkilən təyyarə və gəmilərin sayı və onların təyinat yeri ilə bağlı açıqlama verməyib.

Reuters agentliyinin mənbəsi bildirib ki, Amerika Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Amerika Beşinci Donanmasının yerləşdiyi Bəhreyn limanını, gücləndirilmiş anqarlarda olmayan təyyarələr isə Qətərdəki Əl-Udeyd aviabazasını tərk edib.

Amerika rəsmisi Reuters agentliyinə bildirib ki, bu addımda qeyri-adi heç nə yoxdur və qoşunların qorunması prioritet məsələdir.

Agentlik daha əvvəl Amerikaın çoxlu sayda yanacaq dolduran təyyarəsinin Avropadan Yaxın Şərqə uçduğunu və bölgəyə daha çox döyüş təyyarəsinin gəldiyini bildirmişdi.

Xamenei çərşənbə günü qeydə alınmış videomüraciətində Amerikaın İrana hər hansı hərbi hücumunun “şübhəsiz ki, ölkəyə (amerikaya) düzəlməz zərər verəcəyini” xəbərdar edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar