SON XƏBƏRLƏR

Putin: Xamneyinin öldürülməsi ehtimalı barədə danışmaq istəmirəm

2025.06.19, 12:10
Putin: Xamneyinin öldürülməsi ehtimalı barədə danışmaq istəmirəm

İranla müqaviləmizə hərbi əməkdaşlıq daxil deyil.

Gunaz.tv

Vladimir Putin bu barədə çərşənbə günü Sankt-Peterburqda televiziya ilə keçirilən mətbuat konfransında bildirib.

İran lideri Xameneyinin İsrail və ya Amerika tərəfindən öldürülməsi ehtimalı ilə bağlı suala cavab olaraq, o, bu haqda danışmaq belə istəmədiyini deyib.

Rusiya prezidenti deyib ki, İran İsraillə hərbi münaqişəsinə baxmayaraq, Moskvadan hərbi yardım istəməyib.

Moskvanın İsraildən müdafiəsi üçün Tehranı müasir hərbi texnika ilə təmin edib-etməyəcəyi ilə bağlı suala Putin deyib ki, İran və Rusiya arasında keçən il imzalanmış strateji əməkdaşlıq müqaviləsində hərbi əməkdaşlıq yoxdur.

Rusiya prezidenti Buşehr AES-də 200 rusiyalı mütəxəssisin olmasına da toxunub və Moskvanın İsrail rəhbərliyi ilə bu şəxslərin təhlükəsizliyinə “zəmanət” veriləcəyi barədə razılığa gəldiyini açıqlayıb.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar