SON XƏBƏRLƏR

İsrail: İran xəstəxananı vurmaqla qırmızı xətti keçdi

2025.06.19, 15:52
İsrail: İran xəstəxananı vurmaqla qırmızı xətti keçdi

İsrail İranı Beer Şevadakı Soroka Tibb Mərkəzinə zərbə vurmaqla qırmızı xətti keçməkdə ittiham edib.

Gunaz.tv

"Tehrandakı diktatura rejimi sərhədi keçib və barbar terror təşkilatı kimi fəaliyyət göstərir." - bunu İsrailin Səhiyyə naziri Uriel Busso deyib.

O, hücumu "alçaq müharibə cinayəti" adlandırıb və pisləyib.

İran İnqilab Keşikçiləri isə öz növbəsində İsrail kəşfiyyatının xəstəxana yaxınlığındakı obyektini hədəfə aldığını bildirib. İsrail rəsmiləri xəstəxanadan hər hansı hərbi məqsədlərlə istifadə iddiasını rədd edərək, zərbəni mülki infrastruktura qəsdən hücum adlandırıb və buna görə beynəlxalq qınaq tələb edib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar