SON XƏBƏRLƏR

İran Qətəri Amerika bazalarına zərbələr endirə biləcəyi barədə xəbərdar edib

2025.06.20, 11:47
İran Qətəri Amerika bazalarına zərbələr endirə biləcəyi barədə xəbərdar edib

İran Qətəri Amerika bazalarına zərbələr endirə biləcəyi barədə xəbərdar edib.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

Diplomatik mənbələr bildiriblər ki, Amerika Hərbi Hava Qüvvələrinin regiondakı ən böyük aviabazası - “Əl-Üdeyd” Qətər ərazisində yerləşir.

Qəzet yazıb ki, Amerika İsrailin Tehrana qarşı əməliyyatına qoşulmağa qərar verərsə, İran zərbələrinin hədəfləri Yaxın Şərq boyunca Vaşinqtonun digər bazaları, həmçinin onun region dövlətlərindəki diplomatik nümayəndəlikləri ola bilər. Bildirilib ki, təhlükə İranı dəstəkləyən radikal islamçı silahlı qruplaşmalardan da gələ bilər.

Pentaqon İranın mümkün zərbələrinin qarşısının alınması ilə bağlı tədbirlərə dair qəzetin sorğusuna cavab olaraq Amerika müdafiə naziri Pit Heqsetin bəyanatına istinad edib. Nazir də təfərrüatlar vermədən Yaxın Şərqdə "əlavə resursların yerləşdirilməsini" qeyd edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar