SON XƏBƏRLƏR

Amerikanın baş diplomatı Rubio əsas tərəfdaşları ilə İsrail-İran müharibəsini müzakirə edib

2025.06.20, 12:27
Amerikanın baş diplomatı Rubio əsas tərəfdaşları ilə İsrail-İran müharibəsini müzakirə edib

Amerika dövlət katibi Marko Rubio Böyük Britaniya, Avstraliya, Fransa və İtaliyadan olan həmkarları ilə İsrail və İran arasında artan müharibə ilə bağlı müzakirələr aparıb.

Gunaz.tv

Diplomatlar İranın nüvə silahı istehsal etməsinə icazə verilməməsi ilə bağlı razılığa gəliblər.

Böyük Britaniyanın xarici işlər naziri David Lammy diplomatiya üçün iki həftəlik dar pəncərə olmasını vurğulayıb.

Prezident Trampın tezliklə Amerikanın münaqişədə mümkün iştirakı ilə bağlı qərar verəcəyi gözlənilir. O, cümə günü milli təhlükəsizlik iclasında iştirak edəcək.

Qeyd edək ki, iyunun 13-də İsrailin İrana hava zərbələri ilə başlayan münaqişə yüzlərlə insanın ölümünə və bölgədə gərginliyin artmasına səbəb olub. Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalayan İran nüvə proqramının dinc xarakter daşımasında təkid edir. Ancaq istər BAEA-nın, istərsə də Amerika kəşfiyyatının məlumatları bunun əksini deyir.

Bu arada avropalı diplomatlar gərginliyi azaltmaq üçün Cenevrədə İranın xarici işlər naziri ilə görüşməyi planlaşdırırlar.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar