SON XƏBƏRLƏR

Əraqçi İƏT-in iclasında iştirak etmək üçün İstanbula gəlib

2025.06.21, 10:04
Əraqçi İƏT-in iclasında iştirak etmək üçün İstanbula gəlib

İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir.

Gunaz.tv

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İstanbula gəldikdən sonra o, İsrailin İrana endirdiyi zərbələri nəzərə alaraq, Tehranın bu məsələ ilə bağlı xüsusi görüş keçirilməsini istədiyini bildirib.

"Fürsətdən istifadə edərək iclasın iştirakçısı olan xarici işlər nazirləri və İƏT-in baş katibi, həmçinin Türkiyə Prezidenti ilə görüşlər keçirəcəyəm. Ümid edirəm ki, ərazimizə edilən hücumlara müvafiq qiymət veriləcək və İran xalqının müdafiəmizin legitimliyi ilə bağlı səsi eşidiləcək", - XİN başçısı vurğulayıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar