SON XƏBƏRLƏR

Britaniya İranı Cenevrə danışıqlarından sonra Amerika ilə müzakirələri davam etdirməyə çağırıb

2025.06.21, 10:09
Britaniya İranı Cenevrə danışıqlarından sonra Amerika ilə müzakirələri davam etdirməyə çağırıb

İran və Amerika Tehranın nüvə proqramı ilə bağlı məsələlərin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirməlidir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Cenevrədə "Avropa üçlüyü" (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirliklərinin rəhbərləri arasında keçirilən danışıqların yekunları ilə bağlı Böyük Britaniyanın xarici işlər naziri Devid Ləmmi deyib.

"İranla bu müzakirələrin aparılması vacib idi və bu ölkənin nüvə silahına malik ola bilməyəcəyini açıq şəkildə bildirdik. Biz İranla müzakirələrin və danışıqların davam etdirilməsində maraqlıyıq və Tehranı Amerika ilə danışıqları davam etdirməyə təşviq edirik", - o deyib.

Onun fikrincə, vəziyyət hazırda təhlükəlidir. Nazir qeyd edib ki, regional eskalasiyanın qarşısını almaq vacibdir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar