SON XƏBƏRLƏR

Əraqçi: İran Amerikaya inanmaqda çətinlik çəkir

2025.06.21, 12:19
Əraqçi: İran Amerikaya inanmaqda çətinlik çəkir

İran Amerikaya inanmaqda çətinlik çəkir.

Gunaz.tv

Bunu İranın Xarici İşlər Naziri Abbas Əraqçi deyib.

Əraqçi Vaşinqtonu “diplomatiyaya xəyanətdə” ittiham edib.

“Biz belə nəticəyə gəldik ki, Amerika danışıqlarla əslində israillilərin etdiklərini ört-basdır edirdi.”- deyə nazir bildirib.

Qeyd edək ki, Amerika prezidenti İrana nüvə məsələsində razılığa gəlmək üçün 60 gün vaxt vermiş, ancaq bu müddət ərzində razılıq əldə olunmamışdı.

İsrailin rejimə qarşı zərbələri başlayandan sonra Amerika prezidenti, yenidən, İrana razılığa gəlmək üçün 2 həftə vaxt verdiyini açıqlayıb. Əgər bu dəfə də razılıq əldə edilməsə Amerikanın İrana qarşı döyüşlərə qatılacağı gözlənilir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar