SON XƏBƏRLƏR

Putin Əraqçini qəbul edib

2025.06.23, 15:13
Putin Əraqçini qəbul edib

İsrail qüvvələrinin Tehrana zərbələrini davam etdirdiyi bir vaxtda Rusiya prezidenti Vladimir Putin bazar ertəsi Moskvada İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Gunaz.tv

Rusiya lideri Amerikanın İrana hücumlarını pisləyib və İran nümayəndə heyətini əmin edib ki, İran xalqı Rusiyanın dəstəyinə arxalana bilər.

Kremlin yaydığı qısa videoda Putinin xarici işlər naziri Sergey Lavrov və Rusiyanın Vaşinqtondakı keçmiş səfiri Yuri Uşakovun müşayiəti ilə İran nümayəndə heyəti ilə bəzəkli otaqda görüşü əks olunub.

"İrana qarşı bu təcavüz aktının heç bir əsası yoxdur. Bizim İranla köklü dostluq və etibarlı münasibətlərimiz var və biz öz növbəmizdə İran xalqını dəstəkləmək üçün səylər göstəririk." - deyə Putin bildirib.

Əraqçi Putinə verdiyi dəstəyə görə təşəkkür edib və Rusiyanın “tarixin doğru tərəfində olduğunu” deyib.

O, həmçinin Tehran və Moskva arasında "son illərdə daha da sıxlaşan" yaxın münasibətləri alqışlayıb.

Rusiyanın nüvə məsələsindəki rolundan danışan Əraqçi "Rusiya hər zaman İrana tərəfdaş olub və bizə kömək ediblər. Həmçinin Rusiya nüvə danışıqlarında iştirak edib və mühüm rol oynayıb" deyib.

Xatırladaq ki, Rusiya İranın güneyində ölkənin yeganə atom elektrik stansiyası olan Buşehr elektrik stansiyasını inşa edib və indi də onun işində iştirak edir.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar