SON XƏBƏRLƏR

Çin İrandan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib

2025.06.23, 15:19
Çin İrandan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib

Çin İrandan vətəndaşlarının təxliyəsinə köməyə görə Azərbaycana təşəkkürünü bildirib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə bu gün brifinqdə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Qo Tszyatsyun (Guo Jiakun) bəyan edib.

"ÇXR vətəndaşlarının eskalasiya zonasından təxliyəsi zamanı İran, Azərbaycan, Türkmənistan, Ermənistan, Türkiyə, İraq, BƏƏ, Oman, Küveyt, Misir və İordaniya kimi ölkələr Çinə dəyərli dəstək göstəriblər. Buna görə onların hamısına səmimi minnətdarlığımızı bildiririk", - deyə o bildirib.

Qeyd edək ki, iyunun 21-də 740-dan çox Çin vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar