SON XƏBƏRLƏR

İran və İsrail arasındakı atəşkəs - Tramp

2025.06.24, 09:16
İran və İsrail arasındakı atəşkəs - Tramp

İsrail və İran arasında bağlanmış atəşkəsin zaman məhdudiyyəti yoxdur, o “əbədi qüvvədə olacaq”.

Gunaz.tv

Bu haqda Amerika Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, atəşkəs müddətsizdir. O əbədi davam edəcək”, – siyasətçi əmin edib.

O əlavə edib ki, müharibə “tamamilə başa çatıb” və İsrail ilə İranın “bir daha bir-birinə atəş açacağına” inanmadığını bildirib.

Daha əvvəl Tramp bəyan etmişdi ki, Təl-Əviv və Tehran 24 saat ərzində “12 günlük müharibənin rəsmi dayandırılması” olacaq atəşkəs barədə razılığa gəliblər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar