SON XƏBƏRLƏR

Peskov: Amerikanın İranın nüvə proqramına vurduğu zərərin miqyasını müəyyən etmək çətindir

2025.06.24, 13:34
Peskov: Amerikanın İranın nüvə proqramına vurduğu zərərin miqyasını müəyyən etmək çətindir

Amerikanın İranın nüvə proqramına nə dərəcədə ciddi zərər vurduğunu anlamaq mümkün deyil.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əlbəttə, müvafiq kanallar vasitəsilə müəyyən məlumatlar daxil olur, lakin hələ çox az vaxt keçib. Şübhəsiz ki, vəziyyəti yerində təhlil etmək lazımdır ki, nə qədər ciddi zərər vurulduğunu başa düşək", - o jurnalistlərə bildirib.

O, həmçinin vurğulayıb ki, əgər İran və İsrail arasında atəşkəsə nail olunubsa, Rusiya bunu alqışlayır: "Əgər həqiqətən atəşkəsə nail olunubsa, bunu yalnız alqışlamaq olar".

D.Peskov əlavə edib ki, Rusiyada "bunun davamlı atəşkəs olacağına" ümid edirlər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar