SON XƏBƏRLƏR

İran: Nüvə proqramında fasilənin yaranmaması üçün əvvəlcədən tədbirlər görülmüşdür

2025.06.24, 14:05
İran: Nüvə proqramında fasilənin yaranmaması üçün əvvəlcədən tədbirlər görülmüşdür

İranın nüvə proqramında fasilənin yaranmaması üçün əvvəlcədən tədbirlər görülmüşdür.

Gunaz.tv

Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

İsrail və Amerika son günlər İrandakı bir neçə nüvə obyektini, o cümlədən Fordo, Natanz və İsfahanı hədəfə alıblar, lakin belə bir fərziyyə var ki, İran hücumlar ərəfəsində bu əsas obyektlərdən öz avadanlıqlarının bir hissəsini və zənginləşdirilmiş uranı çıxarıb.

Münaqişənin əvvəlində İranın Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi bildirib ki, Fordo və İsfahandakı avadanlıqlar İsrailin zərbələri ərəfəsində nüvə obyektindən köçürülüb.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar