SON XƏBƏRLƏR

Zelenski: Ukraynanın NATO-ya yaxın zamanda daxil olması ehtimalı azdır

2025.06.24, 15:03
Zelenski: Ukraynanın NATO-ya yaxın zamanda daxil olması ehtimalı azdır

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, ölkəsinin yaxın zamanda NATO-ya daxil olması ehtimalı azdır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, Ukrayna lideri bunu “Sky News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna Alyans üçün dəyərli müttəfiqdir, çünki müharibə ilə bağlı unikal təcrübəyə, yeni texnologiyalara malikdir.

V.Zelenski bildirib ki, NATO-da belə təcrübə yoxdur və bu, Ukraynanı Alyans üçün vacib strateji tərəfdaşa çevirir.

Bununla belə, o, hazırda Ukraynanın NATO-ya üzvlüyünün mümkün olmadığını etiraf edib, lakin tərəflərin qarşılıqlı marağını vurğulayıb:

"Demirəm ki, biz NATO-da olacağıq. Lakin kimsə "Ukraynaya NATO lazımdır" deyəndə hesab edirəm ki, bu, qarşılıqlı ehtiyacdır. NATO-ya da ukraynalılar lazımdır".

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar