SON XƏBƏRLƏR

Pezeşkian Qətər əmirinə Amerika bazasına zərbələrdən təəssüfləndiyini bildirib

2025.06.24, 15:31
Pezeşkian Qətər əmirinə Amerika bazasına zərbələrdən təəssüfləndiyini bildirib

İran Prezidenti Məsud Pezeşkian Qətər əmiri Təmim bin Həməd Al Taniyə zəng edərək, İranın Qətərdəki Amerika bazasına zərbəsi ilə bağlı təəssüfünü bildirib.

Gunaz.tv

Bu barədə Qətərin hökumət başçısı, xarici işlər naziri şeyx Məhəmməd bin Əbdül Rəhman Al Tani bildirib.

Kütləvi informasiya vasitələrində yayılan məlumata görə, İran Xarici İşlər Nazirliyi İran və Qətər arasında əlaqələri gücləndirmək istədiyini və “yaxşı qonşu” olmağa sadiq olduğunu bildirib.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Qətərli həmkarı ilə telefon danışığında bildirib.

"İranın Amerika bazasına zərbə endirməsi dost və qardaş Qətər hökumətinə qarşı bir addım sayılmamalıdır”, - deyə Əraqçi bildirib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar