SON XƏBƏRLƏR

Netanyahu: İranın atəşkəsi pozmasından sonra İsrailin cavabı qaçılmaz idi

2025.06.24, 15:44
Netanyahu: İranın atəşkəsi pozmasından sonra İsrailin cavabı qaçılmaz idi

İranın atəşkəsi pozmasından sonra İsrailin cavabı qaçılmaz idi.

Gunaz.tv

"Axios"un məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Amerika prezidenti Donald Trampa deyib.

İsrail tərəfi İranda bir hədəfi vurduqlarını və təyyarələri geri qaytardıqlarını təstiqləyib.

Donald Tramp bildirib ki, İsrail İrana qarşı növbəti hücumlar həyata keçirməyəcək və iki ölkə arasında atəşkəs qüvvədə qalacaq və əməliyyatlarda iştirak edən bütün hərbi təyyarələr vətənə qayıdacaq.

Əlavə olaraq, Böyük Britaniyanın baş naziri Keir Starmer NATO sammiti zamanı jurnalistlərə verdiyi açıqlamasında tərəfləri atəşkəsə əməl etməyə çağırıb.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar