SON XƏBƏRLƏR

İrandan Azərbaycana gələn müxtəlif ölkə vətəndaşlarının təxliyəsi davam edir

2025.06.24, 15:59
İrandan Azərbaycana gələn müxtəlif ölkə vətəndaşlarının təxliyəsi davam edir

“Astara” dövlət sərhədinin buraxılış məntəqəsində İrandan gələn müxtəlif ölkə vətəndaşlarının təxliyəsi davam edir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu gün təxliyə olunanlar arasında Amerika, Rusiya, Ukrayna və İtaliyadan olan şəxsləri var.

Rusiya Federasiyasının İran İslam Respublikasındakı səfirliyinin 20 nəfərə yaxın əməkdaşı və ailə üzvləri Azərbaycana təxliyə olunub.

Hər bir vətəndaşın sənədləri yoxlanılıb və ayrılan nəqliyyat vasitələri ilə Bakı şəhəri istiqamətinə yola salınıb.

Təxliyə edilənlərdən Simin Emili deyib ki, “Azərbaycana gəlməyimə çox şadam. Nənə və babamın azərbaycanlı olduğunu söyləmək mənim üçün şərəfdir. Onlar Bakıda doğulublar. Buna görə də Azərbaycanda olmaq doğrudan da məni çox xoşbəxt etdi".

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçidlə öz ölkələrinə qayıtmalarına yardım göstərilməsini xahiş ediblər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar