SON XƏBƏRLƏR

Vens: Amerika İranın nüvə proqramını itki vermədən məhv edib

2025.06.25, 11:12
Vens: Amerika İranın nüvə proqramını itki vermədən məhv edib

Amerikanın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Amerika İranın nüvə proqramını amerikalılar tərəfindən heç bir itki olmadan məhv edib.

Gunaz.tv

Bu barədə “İnterfaks” “NBC News”a istinadən bildirib.

"Düşünürəm ki, prezident bunun uzunmüddətli münaqişəyə çevrilə biləcəyindən narahat olan amerikalılar üçün bu məsələni çox tez həll etdi. Biz təkcə İranın nüvə proqramını məhv etmədik, bunu həm də amerikalılar tərəfindən itki olmadan etdik", - Vens qeyd edib.

O deyib ki, bu, güclü liderlik və Tramp doktrinasına riayət edilməsi sayəsində mümkün olub.

"Tramp doktrinası kifayət qədər sadədir. Birincisi, siz Amerikanın marağını aydın şəkildə ifadə edirsiniz. İkincisi, bu problemi aqressiv-diplomatik yolla həll etməyə çalışırsınız. Üçüncüsü, problemi diplomatik yolla həll edə bilmədikdə bunun üçün böyük hərbi gücdən istifadə edirsiniz, sonra isə münaqişə uzunmüddətli münaqişəyə çevrilməmiş çıxıb gedirsiniz", - vitse-prezident izah edib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar