SON XƏBƏRLƏR

Ərdoğan və Tramp Haaqada Ukrayna və Yaxın Şərq mövzularını müzakirə ediblər

2025.06.25, 11:19
Ərdoğan və Tramp Haaqada Ukrayna və Yaxın Şərq mövzularını müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində Amerika Prezidenti Donald Trampla görüşüb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bəyanatda bildirilir ki, görüş zamanı Türkiyə-Amerika münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan Amerika Prezidentinin səyləri nəticəsində İranla İsrail arasında əldə edilən atəşkəsi alqışlayıb və onun davamlı olmasını arzuladığını bildirib. O, həmçinin Qəzzada baş verən humanitar faciənin tezliklə dayandırılması və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll olunması üçün sıx dialoqun vacibliyini vurğulayıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar