SON XƏBƏRLƏR

İran parlamenti BAEA ilə əməkdaşlığı dayandırmaq planını təsdiqləyib

2025.06.25, 12:09
İran parlamenti BAEA ilə əməkdaşlığı dayandırmaq planını təsdiqləyib

İran parlamentinin üzvləri “Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmaq planını” təsdiqləyiblər. Üzvlərdən heç biri planın əleyhinə səs verməyib.

Gunaz.tv

Plana görə, “müşahidə kameralarının quraşdırılması, yoxlamalar və agentliyə hesabat vermək kimi fəaliyyətlər İranın nüvə obyektlərinin təhlükəsizliyinə təminat verilməyənə qədər” dayandırılacaq.

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf iddia edib ki, İran nüvə silahı yaratmaq niyyətində deyil: “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik öz vəzifələrini yerinə yetirməyib və siyasi alətə çevrilib”.

Bundan əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası BAEA-nın hesabatını İrana hücum üçün bəhanə adlandırmışdı.

Agentlik son hesabatında İranı agentliklə əməkdaşlıq etmədiyinə görə tənqid etmiş, İrandan elan olunmamış nüvə obyektləri ilə bağlı suallara cavab verməsini istəmiş və İranın zənginləşdirilmiş uran ehtiyatı saxlaması ilə bağlı narahatlığını ifadə emişdi.

Ekspertlər fikrincə, İran parlamentinin bu addımı beynəlxalq nüvə qurumları ilə gərginliyi, İranın nüvə proqramının şəffaflığı və onun regional və qlobal təhlükəsizlik üçün narahatlıqları artıra bilər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar