SON XƏBƏRLƏR

Rubio: NATO-nun hərbi xərclərinin artırılması Amerikaya dünyanın digər hissələrinə fokuslanmağa imkan verəcək

2025.06.25, 12:35
Rubio: NATO-nun hərbi xərclərinin artırılması Amerikaya dünyanın digər hissələrinə fokuslanmağa imkan verəcək

NATO ölkələrinin hərbi xərclərinin ÜDM-in 5 %-nə qədər artırılması Amerikaya hərbi resurslarının dünyanın digər bölgələrinə yenidən bölüşdürülməsinə diqqət yetirməyə imkan verəcək.

Gunaz.tv

Bunu Amerika dövlət katibi Marko Rubio bildirib.

"Əgər hər kəs öz öhdəliklərinə əməl etsə, bu, daha səriştəli tərəfdaşlarla daha güclü bir ittifaq olacaq. Açığı, bu, Amerikanın NATO-nun güclü və ən böyük iştirakçısı olaraq qalmasına, eyni zamanda, dünyanın digər hissələrində resursları yenidən bölüşdürməsinə imkan verəcək", - o qeyd edib.

Haaqada keçirilən NATO sammitində dövlət və hökumət başçılarının hərbi xərclərin ÜDM-in 2 %-dən 2035-ci ilə qədər 5 %-ə çatdırılması barədə qərar qəbul edəcəkləri gözlənilir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar