SON XƏBƏRLƏR

Bəqayi: İranın nüvə qurğuları ciddi zərər görüb

2025.06.25, 19:09
Bəqayi: İranın nüvə qurğuları ciddi zərər görüb

İranın nüvə qurğuları İsrail və Amerikanın hücumlarından sonra ciddi zərər görüb.

Gunaz.tv

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi televiziyaya verdiyi müsahibədə deyib.

Xatırladaq ki, İran rəsmiləri və dövlət mediası daha əvvəl ölkənin nüvə proqramına dəyən zərərin həcminin az olduğunu bildirmişdilər.

"Nüvə qurğularımız ciddi şəkildə zədələnib, bu, şübhəsiz ki, qurğuların İsrail və Amerika təcavüzkarlarının ardıcıl hücumlarına məruz qaldığı üçün baş verib." - deyə Bəqayi bildirib.

Onun sözlərinə görə, ölkənin atom enerjisi təşkilatı və agentlikləri İranın nüvə obyektlərinin texniki qiymətləndirilməsi üzərində işləyir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar