SON XƏBƏRLƏR

MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib

2025.06.26, 11:37
MKİ İranın nüvə obyektlərinin son vəziyyətini şərh edib

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff deyib ki, Amerikanın zərbələrinin İranın nüvə proqramına ciddi ziyan vurduğuna dair qurumun etibarlı kəşfiyyat məlumatları var.

Gunaz.tv

Bu barədə agentliyin saytında məlumat verilib.

Onun sözlərinə görə, bunu tarixən etibarlı və dəqiq mənbədən əldə edilən yeni kəşfiyyat məlumatları göstərir.

Ratkliff əlavə edib ki, İranın nüvə obyektlərinin bərpası uzun illər çəkəcək.

Bundan əvvəl İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi Amerika və İsrailin zərbələri nəticəsində ölkənin nüvə obyektlərinə ciddi ziyan dəydiyini bildirib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar