SON XƏBƏRLƏR

Yaponiya diplomatı, Rusiya və Qazaxıstandan olan tələbələr İrandan Azərbaycana təxliyə olunub

2025.06.26, 13:59
Yaponiya diplomatı, Rusiya və Qazaxıstandan olan tələbələr İrandan Azərbaycana təxliyə olunub

Gecə saatlarından etibarən bir neçə xarici ölkə vətəndaşlarının Azərbaycana təxliyəsi həyata keçirilib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, ötən gecədən bu saata kimi "Astara" dövlət sərhədinin buraxılış məntəqəsindən 40-a yaxın xarici ölkə vətəndaşı təxliyə olunub.

Azərbaycan dövlətinin açdığı humanitar dəhlizdən keçməklə ölkələrinə qayıdan əcnəbilər arasında Yaponiyanın İrandakı diplomatı, Bəhreyn, Avstraliya, Hollandiya, Böyük Britaniya, İtaliya vətəndaşları, eləcə də İran İslam Respublikasında təhsillərini davam etdirən Rusiya Federasiyası və Qazaxıstan Respublikasından olan tələbələr olub. Onlar rahat şəraitdə keçidin təmin olunması və səmimi qarşılanma üçün ölkəmizə öz təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar