SON XƏBƏRLƏR

İsrail Hizbullah mövqelərinə zərbələr endirib

2025.06.26, 15:00
İsrail Hizbullah mövqelərinə zərbələr endirib

“İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat “Hizbullah” üzvünün idarə etdiyi motosikleti vurub.”

Gunaz.tv

Günaz TV "Global.info"ya istinadən xəbər verir ki, bu barədə “Lübnan 24” xəbər portalı məlumat yayıb.

Bildirilib ki, hadisə Lübnanın güneyində, Beyt Lif şəhəri yaxınlığında baş verib:

“Döyüşçü aldığı yaralardan yerindəcə dünyasını dəyişib”.

Məlumata görə, başqa bir dron Baraşit və Şakra şəhərləri arasında yerüstü hədəfi vuraraq buldozerə raket atıb:

“Səhər saatlarında İsrail qüvvələri sərhəddəki Hula kəndinə daxil olub. Şahidlərin sözlərinə görə, əsgərlər “Hizbullah” tərəfdarına məxsus yaşayış binasını minalayıb, sonra isə partladıblar”.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar