SON XƏBƏRLƏR

Cənubi Vəziristanda 2 Pakistan əsgəri və 11 silahlı həlak olub

2025.06.26, 15:06
Cənubi Vəziristanda 2 Pakistan əsgəri və 11 silahlı həlak olub

Pakistan ordusu çərşənbə axşamı Əfqanıstanla sərhədə yaxın Cənubi Vəziristanda aparılan əməliyyat zamanı 11 silahlı döyüşçünün və iki əsgərin öldürüldüyünü bildirib.

Gunaz.tv

Toqquşma son illərdə üsyançıların hücumlarının kəskin artdığı bölgə olan Hayber Paxtunxva əyalətində baş tutub.

Pakistan Ordusunun media xidmətinin məlumatına görə, qoşunlar bölgədə silahlı qrupların olması ilə bağlı etibarlı kəşfiyyat məlumatlarına əsaslanaraq əməliyyata başlayıb.

“Əməliyyat zamanı əsgərlərimiz terrorçuları olduqları yerdə effektiv şəkildə hədəfə alıblar.” - deyə məlumatda bildirilib. Toqquşmada 7 yaraqlının da yaralandığı qeyd edilib.

Pakistan ordusu bölgənin təhlükəsizliyini təmin etmək və təmizləmək üçün səylərin hələ də davam etdiyini bildirib.

Məlumatda əməliyyatda hədəf alınan qrupun Hindistanın maliyyələşdirdiyi şəbəkələrlə əlaqəsi olduğu iddia edilib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar