SON XƏBƏRLƏR

Ərdoğan: Çoxqatlı hava hücumundan müdafiə sistemi yaratmalıyıq

2025.06.26, 15:17
Ərdoğan: Çoxqatlı hava hücumundan müdafiə sistemi yaratmalıyıq

Türkiyə çoxqatlı hava hücumundan müdafiə (HHM) sistemi kompleksi yaratmalıdır, çünki bütün ehtiyacları təmin etmək üçün təkcə Rusiyanın S-400 zenit-raket kompleksləri kifayət etmir.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıtdıqdan sonra jurnalistlərə bildirib.

"Hava hücumundan müdafiə sistemi təkcə S-400-lə məhdudlaşmır. Biz çoxqatlı HHM sistemi kompleksi yaratmalıyıq", - o qeyd edib.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə raket silahlarında əhəmiyyətli irəliləyişə nail olub, lakin bu kifayət deyil.

"Biz birləşmiş sistem, "Polad günbəz" qururuq. Biz öz gücümüzlə hazırladığımız müxtəlif yüksəkliyə malik HHM sistemlərini, sensorları, radioelektron mübarizə sistemlərini birləşdiririk", - prezident qeyd edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar