SON XƏBƏRLƏR

Elçin Əmirbəyov: "Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər"

2025.06.26, 15:23
Elçin Əmirbəyov: "Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər"

"Azərbaycan elə bir dayanıqlı sülh istəyir ki, bu sülh ermənilər tərəfindən nə revanşla, nə də hər hansı mövqe dəyişməsi ilə pozula bilsin".

Gunaz.tv

Bunu "El Mundo" qəzetinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Bütün maddələr razılaşdırılıb. Sənədin imzalanmasına mane olan məsələ Ermənistan Konstitusiyasının sülh razılaşmasının məzmunu ilə ziddiyyət təşkil etməsidir. Biz istəyirik ki, Ermənistan tərəfi öz konstitusiyasını (Qarabağdan imtina etməklə) bu razılaşmanın ruhuna və mətninə uyğun şəkildə dəyişsin. Azərbaycan elə bir davamlı sülh istəyir ki, bu sülh ermənilər tərəfindən nə revanşla, nə də hər hansı mövqe dəyişməsi ilə pozula bilsin." - deyə o bildirib.

Zəngəzur dəhlizi ilə bağlı məsələyə də toxunan Elçin Əmirbəyov Ermənistanla 2020-ci ildə imzalanan razılaşmaya əsasən Azərbaycanın bir hissəsindən digərinə keçidin məneəsiz olmalı olduğunu bildirib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar