SON XƏBƏRLƏR

İranın İsrailə ballistik raketlər atmaq qabiliyyəti iyunun 17-dən sonra kəskin şəkildə azaldı

2025.06.27, 11:59
İranın İsrailə ballistik raketlər atmaq qabiliyyəti iyunun 17-dən sonra kəskin şəkildə azaldı

İranın İsrailə ballistik raketlər atmaq qabiliyyəti iyunun 17-dən, İsrailin İranın raket buraxılış qurğularını və raket ehtiyatlarını məhv etdikdən sonra kəskin şəkildə azaldı.

Gunaz.tv

Bu barədə Amerikanın Milli Təhlükəsizlik üzrə Yəhudi İnstitutunun (JINSA) dərc etdiyi hesabatda deyilir.

Analitik mərkəzinin hesablamalarına görə, İranın raket buraxılış qurğularının sayı 350-dən 100-ə düşüb. Gündəlik raket atma imkanları isə 30-dan 5-ə enib.

JINSA-nın məlumatına görə, ehtiyatları azaldıqca, İran İsrail şəhərlərini təhdid etməyə davam etmək üçün getdikcə daha uzun mənzilli və daha ağır raketlərdən istifadə edirdi.

Hesabatda deyilir ki, münaqişənin sonuna qədər İran, ehtimal ki, müharibədən əvvəlki orta mənzilli raket ehtiyatının 33-50 faizini itirib ki, bu rəqəm 2500-ə bərabər idi.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar