SON XƏBƏRLƏR

İranda yəhudilərə qarşı təqib başlayıb

2025.06.27, 12:10
İranda yəhudilərə qarşı təqib başlayıb

Tehran və Şirazda ravvinlər və bir sıra önəmli şəxslər də daxil olmaqla yəhudi icmalarının üzvləri İsraillə əməkdaşlıqda şübhəli bilinərək həbs edilib.

Gunaz.tv

Bu barədə "Ynet" məlumat yayıb.

Hesabatda istinad edilən fəalların sözlərinə görə, İran hakimiyyəti evlərə basqın edib, telefon və kompüterləri müsadirə edib və bir çox şəxsi saxlayıb.

“İranda yaşayan dostum mənə indicə dedi ki, rejim yəhudilərin evlərinə girir, onları qandallayır və naməlum yerə aparır. İrandakı yəhudilərin köməyə ehtiyacı var.” - bunu əvvəllər İranda indi isə Amerikada yaşayan Naz adlı bir yəhudi özünün sosial media hesabında yazıb.

Qadınların sərbəst buraxıldığı bildirilsə də, kişilər, o cümlədən dini liderlər hələ də həbsdə qalırlar.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar