SON XƏBƏRLƏR

Çin və Amerika arasında razılıq əldə olunub

2025.06.27, 12:20
Çin və Amerika arasında razılıq əldə olunub

Çin və Amerika qarşılıqlı olaraq iqtisadi güzəştlə bağlı razılığa gəliblər.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bununla bağlı Çinin ticarət nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Londonda keçirilən ikitərəfli danışıqlardan sonra Pekin və Vaşinqton sıx əlaqədədir və bəzi irəliləyişlər əldə olunub.

“Çin qanun və nizamlamalara uyğun olaraq, bir sıra məhsulların nəzarətli şəkildə ixracına razılıq verəcək. Əvəzində isə, Amerika Çinə qarşı bəzi məhdudlaşdırıcı tədbirləri ləğv edəcək”, - deyə Çinin ticarət nazirliyinin məlumatında bildirilib.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar