SON XƏBƏRLƏR

İran Almaniya baş nazirini də hədəf alıb

2025.06.27, 12:36
İran Almaniya baş nazirini də hədəf alıb

İran Almaniya kansleri Fridrix Mertsin bəyanatlarına kəskin reaksiya verib.

Gunaz.tv

Bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi X səhifəsində paylaşım edib.

İsraili "təcabüzçü və soyqırımçı" adlandıran Bəqayi, Almaniya kanslerini İsraili dəstəkləməkdə ittiham edib.

"Almaniya bilməlidir ki, nəinki özünü tarixdən uzaqlaşdırıb, həm də xalqının kollektiv vicdanına hörmətsizlik edib",- İranın XİN söçüsü yazıb.

O, Fridrix Mertsi "beynəlxalq hüququn kobud şəkildə pozulmasına göz yummaqda və əsassız cinayətə dəstək vermək"də günahlandırıb.

Qeyd edək ki Almaniya kansleri İsrailin İrana hücumu ilə bağlı bəyanatında “İsrail ordusu və hökumətinin cəsarətinə böyük hörmətim var” deyib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar