SON XƏBƏRLƏR

Xariclə telefon danışıqlarında diqqətli olun - İran polisi

2025.06.27, 14:06
Xariclə telefon danışıqlarında diqqətli olun - İran polisi

İran polis və təhlükəsizlik orqanları vətəndaşları xarici ölkədəki ailə üzvləri ilə telefon və sosial media şəbəkəsi vasitəsilə danışıqlarda diqqətli olmağa çağırıblar.

Gunaz.tv

Bu haqda İran Kibertəhlükəsizlik Polisinin rəisi Məcid Vəhid xəbərdarlıq edib.

O, bunu "düşmənin telefon danışıqlarını dinləməsi" ilə əlaqələndirib.

"Bu günlərdə hətta ölkə daxilində və ya xaricində qohumlarla adi telefon danışıqları belə düşmən tərəfindən dinlənilə bilər”,- Vəhid deyib.

O, danışıqlar zamanı xüsusən həssas bölgələrdə baş verən hadisələr barədə danışılanların "düşmən tərəfindən istifadə oluna biləcəyi" barədə xəbərdarlıq edib.

Qeyd edək ki, son bir neçə gün ərzində xarici ölkələrdə yaşayan şəxslərin İranda yaşayan ailə üzvləri ilə əlaqələri çətinləşib.

Yerli mənbələrin verdiyi məlumatlara görə, İrandan qıraqdakı qohumları ilə əlaqə saxlayan onlarla şəxs "şübhəli" qismində həbs edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar