SON XƏBƏRLƏR

Amerika, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub

2025.06.27, 14:44
Amerika, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub

Amerika, Çin, Avstraliya və İran əsilli bir neçə ailə İrandan Azərbaycan vasitəsilə təxliyə edilib.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq "Astara" Dövlət Sərhədi Buraxılış Məntəqəsindən vətəndaşların keçidi təmin olunub.

Buraxılış məntəqəsindən kənarda xüsusi ofislər yaradılıb. Burada ayrı-ayrı ölkələrin diplomatik nümayəndəliyinin təmsilçiləri vətəndaşlarını qəbul edir. Təxliyə olunan hər bir şəxs Azərbaycan tərəfində gördükləri xoş münasibət və rahat, təhlükəsiz keçidə görə minnətdarlıq ediblər.

Uzun yol qət etdikdən və bir neçə saat İran tərəfinin gömrük postunda gözləməli olan xarici vətəndaşlara zərurət yarandığı halda tibbi yardım xidməti göstərilir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar