SON XƏBƏRLƏR

İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın mövqelərinə zərbələr endirib

2025.06.27, 14:52
İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın mövqelərinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirdiyini təsdiqləyib.

Gunaz.tv

Bu barədə “Times of Israel” İsrail ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

IDF-in məlumatına görə, zərbə "atəş və müdafiə vasitələrinin idarə edilməsi" məqsədilə istifadə olunan obyektə endirilib.

"Son günlərdə IDF "Hizbullah"ın obyekti bərpa etmək cəhdlərini müşahidə etdiyi üçün bu bölgədəki terror infrastrukturuna zərbə endirilib", - hərbçilər bildiriblər.

IDF bəyan edir ki, bu obyektin mövcudluğu və onu bərpa etmək cəhdləri İsrail və Livan arasındakı razılaşmaların açıq şəkildə pozulması deməkdir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar