SON XƏBƏRLƏR

Tramp İrana dinc nüvə proqramı üçün 30 milyard dollar vermə planları barədə xəbəri təkzib edib

2025.06.28, 09:47
Tramp İrana dinc nüvə proqramı üçün 30 milyard dollar vermə planları barədə xəbəri təkzib edib

Amerika Prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi ideyasından əl çəkməsi şərti ilə Amerika administrasiyasının Tehrana dinc nüvə proqramının inkişafı üçün təxminən 30 milyard dollar investisiya almasına kömək etmək planları barədə mediada yayılan məlumatları təkzib edib.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bu barədə Amerika lideri "Truth Sosial" sosial şəbəkəsində yazıb.

"Yalançı mediadan hansısa deyir ki, "Prezident Tramp İrana qeyri-hərbi nüvə obyektləri tikmək üçün 30 milyard dollar vermək istəyir"? Mən bu gülünc ideyanı heç eşitməmişəm. Bu, yalançı medianın məni alçaltmaq üçün uydurduğu növbəti cəfəngiyyatdır. Bu insanlar xəstədir!", - Tramp bildirib.

CNN-in məlumatına görə, oxşar ideya son həftələr Yaxın Şərq və Amerikanın əsas oyunçuları tərəfindən müzakirə olunub. Xüsusən təkliflərdən birində İranın nüvə proqramına 20-30 milyard dollar həcmində investisiyaların ayrılması nəzərdə tutulur və vəsait Amerikadan deyil, ərəb ölkələrindən gələcək.

Qeyd olunur ki, investisiyalar məsələsi İran-Amerika danışıqlarının bir neçə raundunda müzakirə olunub. Bundan əlavə, mövzu Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Fars körfəzi ölkələrinin nümayəndələri ilə gizli görüşündə qaldırılıb. CNN digər təkliflər arasında İrana qarşı sanksiyaların qismən yumşaldılması, eləcə də Tehranın xaricdəki dondurulmuş aktivlərinə çıxışının geri qaytarılmasının mümkünlüyünə diqqət çəkir. Bundan əlavə, Fordodakı nüvə obyektinin uranın zənginləşdirilməsini nəzərdə tutmayan nüvə proqramı ilə əvəz edilməsi ideyası nəzərdən keçirilir.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar