SON XƏBƏRLƏR

ABŞ-da 7 iranlı həbs edilib

2025.06.28, 10:43
ABŞ-da  7 iranlı həbs edilib

ABŞ Gömrük və Sərhəd Mühafizəsi bildirib ki, agentləri Los-Ancelesdə milli təhlükəsizlik təhdidləri ilə əlaqəli insan alveri mərkəzinə basqın edib və federal axtarış əmri ilə iki nəfəri həbs ediblər.

Gunaz.tv

Bu haqda ingilis dilli media ABŞ Gömrük və Sərhəd Mühafizəsinə istinadən məlumat yayıb.

"Basqın edilən mərkəz dəfələrlə terror fəaliyyətləri ilə əlaqəli qeyri-qanuni mühacirləri saxlamaq üçün istifadə edilib və bu həftənin əvvəlində orada yeddi İran vətəndaşı həbs edilib",- məlumatda bildirilib.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi qeyd edib ki, həbs edilən 7 İran vətəndaşından bəziləri FTB-nin terrorçular siyahısındadır və İrana bağlı insan alveri şəbəkəsi ilə əlaqəsi var.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar