SON XƏBƏRLƏR

keçmiş SEPAH rəhbəri İsraili yenidən təhdid edib

2025.06.28, 12:23
keçmiş SEPAH rəhbəri İsraili yenidən təhdid edib

İran İsrailin istənilən yeni təcavüzünə əvvəlkindən daha güclü zərbə ilə cavab verməyə tam hazırdır.

Gunaz.tv

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatının keçmiş rəhbəri Hossein Taeb hücumları zamanı həlak olanların dəfn mərasimində deyib.

"Əgər sionist rejim öz təcavüzünü təkrarlamağa cəsarət etsə, düşmən yaddaşında onilliklər ərzində qalacaq sarsıdıcı cavab alacaq." - deyə o bildirib.

Onun sözlərinə görə, İsrail qonşu ölkə vasitəsilə atəşkəs tələb etmək məcburiyyətində qalıb və bunu onun "strateji uğursuzluğunun" növbəti sübutudur.

İsrailin hücumları nəticəsində onlarla yüksək rütbəli İran hərbçisi və nüvə alimi həlak olsa da İran tərəfi nəinki İsrailə, hətta Azərbaycana qarşı da təhdidlər sovurmağa davam edir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar