SON XƏBƏRLƏR

Məsud Pezeşkian: İran qonşuları və bölgə ölkələri ilə münasibətlərdə yeni səhifə açmağa hazırdır

2025.06.30, 11:44
Məsud Pezeşkian: İran qonşuları və bölgə ölkələri ilə münasibətlərdə yeni səhifə açmağa hazırdır

İran qonşuları və bölgə ölkələri ilə münasibətlərdə yeni səhifə açmağa hazırdır.

Gunaz.tv

Bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında bildirib.

O, qonşuluq siyasətinin və regional münasibətlərin inkişafının İranın əsas strategiyası olduğunu təsdiqləyib.

M.Pezeşkian deyib ki, İslam ölkələri arasında həmrəyliyin vacibliyini nəzərə alaraq və hərtərəfli əməkdaşlığı genişləndirmək məqsədilə İran Körfəz Əməkdaşlıq Şurası ilə tam əməkdaşlığa hazırdır: “Bununla da qonşularla münasibətlərdə yeni səhifə açırıq”.

Qeyd edək ki, İranın prezidenti bu fikirləri səsləndirsə də istər İranın Ermənistandakı səfiri Mehdi Sübhani, istərsə də SEPAH-a bağlı media qurumları Azərbaycana qarşı saxta ittihamlar irəli sürərək İsrailin Azərbaycanın hava məkanından istifadə etdiyini iddia edirlər. Bütün bu saxta ittihamlar isə Məsud Pezeşkianın qonşu ölkələrlə bağlı dostluq mesajları ilə ziddiyət təşkil edir.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar