SON XƏBƏRLƏR

Avropa liderləri Trampı Rusiyaya qarşı siyasəti sərtləşdirməyə çağırıblar

2025.06.30, 12:34
Avropa liderləri Trampı Rusiyaya qarşı siyasəti sərtləşdirməyə çağırıblar

Keçən həftə NATO-nun qapalı şam yeməyində Avropa liderləri Amerika Prezidenti Donald Trampı Rusiyaya qarşı daha sərt mövqe tutmağa çağırıblar.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel “CNN Prima NEWS”a müsahibəsində bildirib.

"Biz onu inandırdıq ki, Rusiyaya iqtisadi təzyiqi əhəmiyyətli dərəcədə artırmağın vaxtı gəlib", - o qeyd edib.

Prezidentin sözlərinə görə, təzyiqin məqsədi Rusiyanın iqtisadi çöküşü deyil, Moskvanın Ukrayna ilə bağlı danışıqlara qayıtmağa məcbur olacağı şəraitin yaradılmasıdır", - P.Pavel əlavə edib.

Çexiya lideri qeyd edib ki, Tramp şam yeməyi zamanı Çinə qarşı sərt ticarət siyasətini xatırladıb və məhz yüksək rüsumların Pekinin mövqeyini dəyişdiyini vurğulayıb.

"Məhz belə qətiyyətli yanaşma indi də lazımdır. Əgər Çin bunun təsirini bir ay ərzində hiss etdisə, Rusiya öz iqtisadiyyatı ilə bir-iki həftəyə hiss edəcək", - o vurğulayıb.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar